Accessibility links

Prezident Obama səhiyyə islahatlarına dair qanun layihəsinə imza atdı


Prezident Obama səhiyyə islahatlarına dair qanun layihəsinə imza atdı

Prezident Obama səhiyyə islahatlarına dair qanun layihəsinə imza atdı

<!-- IMAGE -->

ABŞ prezidenti Barak Obama bir ildir müxalif respublikaçılarla səhiyyə xidmətləri sistemində dəyişikliklər etmək ətrafında mübarizədən sonra geniş səhiyyə islahatlarına dair qanun layihəsinə imza atıb. Bu bu, 40 il ərzində ABŞ-da səhiyyə xidmətləri sistemində ən ciddi islahatdır.

Qanun layihəsi hazırda sığortası olmayan 32 milyon amerikalının tibbi sığorta almasına imkan verəcək.

Bu gün Ağ Evdə imzalama mərasimində danışan cənab Obama deyib ki, təcili lazım olan islahatlar kiçik biznes şirkətlərinin öz işçilərini səhiyyə slğortası ilə təmin etmək üçün vergi kreditləri də daxil olmaqla dərhal qüvvəyə minəcək. O bildirib ki, sığorta şirkətlərinə əvvəl xəstə olan uşaqları sığorta etməmək və xəstələndikdə adamları sığorta planından çıxarmaq bundan sonra qadağan edilir.

Səhiyyə islahatları bütün ölkə boyu gərgin debatlara gətirib çıxarmış və Konqresin hər iki palatasında respublikaçıların kəskin etirazına səbəb olmuşdu.


XS
SM
MD
LG