Accessibility links

Ağ Ev Rusiya ilə nüvə silahlarına dair müqavilə ətrafında danışıqların yekunlaşdırıldığını bəyan edib


Ağ Ev Rusiya ilə nüvə silahlarına dair müqavilə ətrafında danışıqların yekunlaşdırıldığını bəyan edib

Ağ Ev Rusiya ilə nüvə silahlarına dair müqavilə ətrafında danışıqların yekunlaşdırıldığını bəyan edib

ABŞ prezidenti Barak Obama nüfuzlu qanunvericilərə Rusiya ilə tərəflərin razılıq əldə etməyə yaxın olduğu nüvə silahlarının azaldılmasına haqda danışıqlara dair məlumat verib.

Moskvadan gələn xəbərlərdə yeni müqavilənin bütün elementləri ətrafında razılıq əldə edildiyi deyilir. Vaşinqtonda Ağ Ev bildirir ki, tərəflər tam razılığın əldə edilməsinə çox yaxındır və rəsmi elan bir neçə gün sonra veriləcək.

<!-- IMAGE -->

ABŞ və Rusiya vasitəçiləri 1991-ci ildə imzalanmış Strateji Silahlarının İxtisarına dair Müqavilənin yenisi ilə əvəz edilməsi üçün aylardır danışıqlar aparırlar.

Sovet İttifaqının dağlımasından öncə imzalanmış köhnə müqavilənin müddəti keçən ilin dekabr ayında bitib.

Ağ Evin sözçüsü Robert Gibbs bidirib ki, müqavilə prezident Obama və onun rusiyalı həmkarı Dmitri Medvedevin bir neçə gündən sonra telefonla məsələni müzakirə etməsindən sonra yekunlaşdırılacaq.

Bu gün bundan öncə isə Çex Respublikası ABŞ və Rusiya arasında nüvə silahlarının azaldılmasına dair müqavilənin imzalanması mərasiminə ev sahibliyi etməyə razılıq verdiyini, lakin bunun üçün tarixin hələ müəyyən edilmədiyini bildirib.

XS
SM
MD
LG