Accessibility links

ABŞ-la Pakistan arasında Strateji Dialoq çərçivəsində danışıqlar keçirilir


ABŞ-la Pakistan arasında Strateji Dialoq çərçivəsində danışıqlar keçirilir
ABŞ-la Pakistan arasında Strateji Dialoq çərçivəsində danışıqlar keçirilir

<!-- IMAGE -->

Pakistanla təhlükəsizlik və iqtisadi məsələlər ətrafında yüksək səviyyədə keçirilən hərtərəfli danışıqların açılışında çıxış edən ABŞ dövlət katibi Hillari Klinton Vaşinqtonun Pakistanla münasibətlərində yeni “günün başlanacağına” söz verib.

Vaşinqtonda nazirlər səviyyəsində aparılan ilk Strateji Dialoq danışıqlarında xanım Klinton deyib ki, son illər tərəflər arasında münasibətlərdə anlaşılmazlıqların artdığı müşahidə olunur. Ancaq onun sözlərinə görə, rəsmilər bunları aradan qaldırmağa çalışır.

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi bildirib ki, ABŞ və Pakistanın Sovet İttifaqına qarşı uğurlu əməkdaşlıq da daxil olmaqla, birgə məqsədlər uğrunda iş aparmasının uzun tarixi var. Lakin o deyib ki, son illər terrorçu hücumlarının qurbanları günahsız pakistanlılar olub və münaqişələr ölkə iqtisadiyyatına böyük zərər vurub.

XS
SM
MD
LG