Accessibility links

Lukoil İranla bağlı layihədə iştirak etməyəcək


Lukoil İranla bağlı layihədə iştirak etməyəcək
Lukoil İranla bağlı layihədə iştirak etməyəcək

<!-- IMAGE -->

Rusiyanın ikinci ən böyük neft şirkəti islam respublikasına qarşı beynəlxalq sanksiyalara görə İranla bağlı layihədən çıxdığını bildirib.

2009-cu il üçün gəlirglərini açıqlayan Lukoil şirkəti 63 milyon dollar maliyyə vəsaiti itirdiyini və beynəlxalq sanksiyalara görə İranda Anaran layihəsindən çıxdığını elan edib.

BMT nüvə proqramı ilə bağlı öhdəliklərə əməl etmədiyi üçün İrana qarşı üç paketdən ibarət sanksiyalar tətbiq edib.

Birləşmiş Ştatlar ölkənin nüvə silahı istehsal etməyə çalışaraq uran zənginləşdirdiyini deyərək, İrana qarşı birtərəfli şəkildə sanksiyalar tətbiq edib. İran nüvə proqramının dinc mahiyyət daşıdığını bildirir.


XS
SM
MD
LG