Accessibility links

Vaşinqtonda ABŞ-Pakistan strateji danışıqları davam edir


Vaşinqtonda ABŞ-Pakistan strateji danışıqları davam edir
Vaşinqtonda ABŞ-Pakistan strateji danışıqları davam edir

<!-- IMAGE -->

ABŞ və Pakistan rəsmiləri Vaşinqtonda “ABŞ-Pakistan Strateji Dialoqu” adlanan forum çərçivəsində ikinci gündür ki, bir araya gəlirlər. Təmsilçilər dünən xeyli proqresin əldə olunduğunu xəbər veriblər. Bu gün onların enerji və su məsələləri, həmçinin ABŞ-ın inkişafa yardım proqramlarını müzakirə edəcəkləri gözlənilir. Dünən dövlət katibi Hillari Klinton və onun pakistanlı həmkarı Şah Mahmud Qureşi Pakistanın hərbi ləvazimat, enerji sənayesinə yardım, və iqtisadi stimula dəstək üçün müraciəti barədə danışıqlar aparmışdılar. Qureşi müzakirələrin uğurla keçdiyini və ABŞ-Pakistan əlaqələrinin əməkdaşlığa çevrilməsindən məmnun qaldığını bildirib.

XS
SM
MD
LG