Accessibility links

Buş administrasiyası Həmasın qələbəsinə sərt reaksiya verib


Yaxın Şərqdə cərəyan edən son hadisələr Ağ Evi ciddi narahat edir. İranın nüvə proqramına və Fələstində parlament seçkilərində Həmas radikal qrupunun qələbəsinə Buş administrasiyası sərt reaksiya verib. Buş administrasiyası bildirib ki, yenidənqurma işlərində və digər məsələlərdə Fələstinə kömək məqsədilə Birləşmiş Ştatlar 234 milyon dollar ayırıb.

Prezident Buş dünən CBS telekanalında çıxışı zamanı deyib ki, səsvermədə qalib gəlmiş Hamas öz hərbi qruplaşmalarını ləğv etməsə və İsrailə qarşı barışmaz mövqeyini dəyişməsə Fələstin hökumətinə verilən yardım kəsiləcək.

Birləşmiş Ştatlar cümə axşamı Fələstində keçirilən seçkilərdə patlamentdə əksər yerləri əldə edən Həmas qrupunu terrorist təşkilatı kimi tanıyır. İranın nüvə proqramı məsdələsinə gəldikdə cənab Buş İrana qarşı sanksiyalar qoyulmasına çağıraraq, bu addımları real adlandırıb.

Qeyd etdiyimiz kimi, Birləşmiş Ştatlar İranın gizlində nüvə silahı istehsal etməyə can atdığını deyir. Tehran isə bu proqramın ancaq dinc məqsədlərlə istifadə ediləcəyini bildirir. Cənab Buş çıxışında Tehranın nüvə silahına malik olmasını dünyada sülhə və əmin-amanlığa təhlükə adlandırıb. O, İrana hərbi müdaxilə də daxil edilməklə bütün imkanların nəzrədən keçirildiyini söyləyib.

Dünən, cümə günü Birləşmiş Ştatlar Senatı İranın nüvə silahı ilə əlaqədar gizli səsvermə keçirərək BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı sanksiya qoymasını dəstəkləyən qətnamə qəbul etdi. Qətnamədə “dəfələrlə İranın nüvə silahının yayılmaması barədə xəbərdarlığa məhəl qoymadığı” deyilir.

XS
SM
MD
LG