Accessibility links

Amerikanın silahlı qüvvelerinde minlerle xarici xidmet edir - 2002-07-02


Pentaqonun verdiyi me’lumata göre, keçen il Birleşmiş Ştatların silahlı qüvvlerinde xidmet etmek üçün 8 min xarici vetendaş esger andı içmişdir. Bu, herbi xidmete başlayan könüllülerin 4 faizini teşkil edir. Resmi nümayendeler qeyri-Amerikalıların herbi qüvvelerde xidmet etmesinin tehlükesizliye hede teşkli etdiyi haqda fikirlerle razılaşmırlar. Herbi qüvvelerin metbuat katibi polkovnik Rayan Yantis Amerikanın Sesine demişdir ki, El-Qaide, ya da başqa bir terror qrupuna mensub agentin ordu sıralarına keçe bilmesi ehtimalı azdır. “Mümkün ola biler. Amma riski azalmaq üçün biz onları uzun yoxlamalardan sonra müeyyen qarantiyalar esasında götürürük.”

Bu qarantiyalar neden ibaretdir? Polkovnik Yantis deyir ki, her şeyden evvel, bütün qeyri-Amerika vetendaşlarının Birleşmiş Ştatlarda daimi yaşayış icazesi, Yaşıl kartı olmalıdır.

Sonradan ise, polkovnikin dediyine göre, müsahibeler keçirilir, adam haqda herterefli informasiya defelerle yoxlanılır ve bundan sonra o seçilir. “Eger onlar orduda xidmet etmek isteyirlerse, o zaman ordu sıralarına könüllü yığan agentle görüşmelidirler. Bu, tekbetek intervyudur. Burada şexsin haradan geldiyini müeyyen etmek üçün onun haqda herterefli informasiya alınarır, çox sayda sened doldurulur. Bütün bunlar adama e’tibar edilib-edimemesi üçün tehlükesilzik meqsedile defelerle yoxlamadan keçir.”

Tekce Birleşmiş Ştatlar ordusunda 6 minden çox müxtelif rütbeli qeyri-Amerika vetendaşı xidmet edir.

Polkovnik Yantis bu adamların müxtelif sebebler üzünden orduya geldiklerini deyir. Be’zilerini orduya vetenperverlik hissleri getirir, başqaları tehsil ve ya iş almaq üçün imtiyazlara göre, ya da Amerika vetendaşı olmaq üçün orduya gelirler.

Polkovnik Yantisin dediyine göre, xariciler ordu sıralarına geldikde, onlar xüsusi birleşmelerde tecrid olunmuş şekilde deyil, birbaşa ordunun özünde qulluq edirler. Bununla bele, onlara mexfi senedlerle işle bağlı müeyyen vezifeler tapşırılmır.

“Onlar mexfi informasiyadan istifade etmek imkanına malik deyiller ve Amerika vetendaşı olmayana qeder buna icaze verilmir.”

Pentaqon bildirir ki, bu, başqa herbi xidmet sahelerinde de eynidir. Bununla, xariciler texniki proqramlar ve elektron cihazlar, keşfiyyat materialları ve komandirlik tecrübesi teleb eden işlerden kenarlaşdırılmış olurlar.

Amma orduda saxta yolla könüllü toplamaqla bağlı halların da baş verdiyi olub. Ordunun özünde bu yaxınlarda bir nefer serjantın könüllü yığmaqla meşğul üç başqa adam ve bir Keniyalı ile birlikde pul yığmaq meqsedile 47 Afrikalını saxta yolla orduya getirdiyini e’tiraf edibler. Saxtkarlığın üstü Afrikalıların artıq 20-nin feal herbi xidmetde olduqları zaman açılmışdı. Onların çoxu herbi qulluqdan kenarlaşdırılmışdır, bir nefer ise deportasiya olunmalıdır.

Eger terrorçu könüllü toplamaqla meşğul tehlükesizlik agentlerinin nezerinden yayınıb sonradan Afrikalılarla olduğu kimi, yoxlamaları da keçe bilse, o, orduda ne iş göre biler.

Müdafie nazirliyinin resmi nümayendeleri buna göre deyirler ki, El-Qaidenin tesevvüre getire bileceyimiz her hansı bir fealı burada mühüm casusluq, ya da terror fealiyyeti heyata keçire bilmek iqtidarında deyil. Onlar habele deyirler ki, bele bir fealiyyetin üstü tez açıla biler. Bu son iller orduda dini ve irqi ayrıseçkilik zemininde baş vermiş müxtelif hallar aradan qaldırılmış, ekstermist ruhlu adamlar ordu sıralarından terxis edilmişler. Resmi nümayendeler bunların orduda böyük problem olmadıığını deyirler. Bununla bele, onlar Faşist svastikaları ve Ku Klus Klan qrupunun köyneklerinin asıldığı zaman, ya da bir ekstremistin zenci ve yehudi esgerlerle işlemek istemediyi ile bağlı hadiselerin baş verdiyini e’tiraf edirler.

Be’zi yüksek rütbeli zabitler ise deyirler ki, El-Qaidenin fealı orduda yehudilerle, ya da qadınlarla işlemek istemediyinden şikayetlenerek yeqin ki, özünü büruze vermiş olardı.

XS
SM
MD
LG