Accessibility links

“Amnesty International” teşkilatı Rusiyada girov böhranı ile bağlı tehqiqat aparılmasına çağırır - 2002-10-29


Teşkilatın baş katibi İren Kan şenbe gününden Moksvadadır. Bu gün metbuat konfransında danışan İren Kan insanların girov götürülmesi faktını qınamış, buna heç bir şeraitde haqq qazandırmağın mümkün olmadığını demişdir. Bununla bele, “Amnesty International” teşkilatının baş katibi qeyd etmişdir ki, Rusiyanın xüsusi qüvvelerinin problemi nece hell etdiklerile bağlı suallara cavab verilmelidir.

“En böyük problem informasiyanın olmamasıdır. Müxtelif söhbetler, şaiyeler gezir ve fikrimce, bu söz-söhbetlere son qoymaq üçün Rusiya hökuümeti baş veren hadiselerle bağlı açıq, şeffaf ve müsteqil tehiqaqın aparılmasında maraqlı olmalıdır.”

Metbuat konfransında Amerikanın Sesinin müxbirinin suallarına cavab veren İren Kan Moksvanın Nord Ost teatrında girovlar azad edilerken işledilen qaz növü haqda hele me’lumat verilmediyini sözylemişdir. O demişdir ki, binada olmuş girovların özlerile danışmaq çetindir. “Amnesty International”ın baş katibinin fikrince, qüvve işledilmesinin labüdlüyü ve xüsusi qüvvelerin girovdarlardan gelen tehlükeye münasib suretde prosese qoşulub-qoşulmaması meseleleri tehqiq edilmelidir. Girov böhranı zamanı çeçen yaraqlıları ile danışıqlar aparan Rusiyalı jurnalist Anna Politkovskaya ölkenin resmi nümayendelerinin böhranı hell etmek üçün xüsusi qüvvelerin yegane çıxış yolu olub-olmadığı sulaına cavab vermesini işteyir.

“Men hesab edirem ki, orada yaxınları ve dostları olmayan adamlar bele fikirleşe bilerdiler.”

Rusiya hökumeti indiye qeder şenbe günü girovların azad edilmesile bağlı mehdud me’lumatlar vermekle kifayetlenmişdir. Xüsusi qüvveler binaya daxil olmamışdan içeri buraxılan qazın növü de me’lum deyil. Azad edilmiş girovların çoxu mehz bu qazın te’siri neticesinde ölmüşdür. Rusiyanın hökumet nümayendeleri bildirirler ki, çeçen yaraqlılarının üzerinde partlayıcı maddelerin olması ve istenilen vaxt onların işe salınması tehlükesi qarşısında emeliyyatın daha az qurban hesabına başa gelmesi üçün bu vasiteden istifade etmişler. Birleşmiş Ştatlar Rusiya hökumetinden işledilmiş qazın növü ile bağlı açıqlamalar vermesini istemiş, helelik buna cavab almamışdır. Dünya ölkelerinin liderleri Rusiya prezidenti Vladimir Putini desteklemiş, hadisenin mes’uliyyetini girovdarların üzerine atmışlar. Birleşmiş Ştatlar girov götüren çeçen yaraqlılarını günahlandırmış, Britaniyanın baş naziri Toni Bleyer risk olmadan qarşıdurmadan çıxış yolu tapmağın mümkün olmadığını demişdir.

XS
SM
MD
LG