Accessibility links

Rus qüvveleri Çeçenistandan çıxarılmayacaq - 2002-11-06


Rusiyanın müdafie naziri Sergey İvanov reqib liderler ve onların döyüşçüleri tamamile mehv edilmeyince, herbi qüvvelerin Çeçenistandan çıxarılmayacağını bildirmişdir. Rusiyanın müdafie naziri ne qeder ki, terror tehlükesi mövcuddur, rus qüvvelerinin Çeçenistandan çıxarılmasının vaxtından evvel ve yersiz bir hereket olduğunu demişdir. Sergey İvanov bunun ne qeder süreceyi haqda heç bir söz dememişdir. Bazar günü cenab İvanov ayrılıq terefdarı Çeçenistandan çoxdan ve’d edilen herbi qüvvelerin ixtisar edilmeyeceyi, eksine genişmiqyaslı yeni herbi kompaniya başlayacağını e’lan etmişdi. O demişdir ki, keşfiyyat me’lumatları çeçenlerin hem Çeçenistanda, hem de başqa yerlerde yeni terror hücumları hazırladıqlarını gösterir. Eyni zamanda, Çeçenistanın Moskva terefdarı administarasiyasının başçısı Ehmed Kadırov demişdir ki, prezident Putin çerşenbe axşamı günü keçirilen görüş zamanı onu herbi emeliyyataların genişlendirilmesinin dinc ehaliye qarşı deyil, çeçen yaraqlılarına qarşı yöneleceyinde emin etmişdir. Ehmed Kadırov prezident Putinle görüş telebini şeherlerin blokadası, axtarış emeliyyatlarının artması ile izah edir. Qeyd edek ki, mülki çeçenler yaraqlılara yardım ittihamı ile rus esgerlerinin onlarla kobud reftar etdiklerinden şikayetlenirler.

XS
SM
MD
LG