Accessibility links

Fransanın keşmiş prezidenti Türkiyenin Avropa Birliyine üzv olmasının eleyhinedir - 2002-11-08


Avropa Birliyinin gelecek inkişaf meselelerile meşğul olan şuranın sedri, Fransanın keçmiş prezidenti Valeri Jeskar d'Estyen Türkiyenin teşkilata qebul olunmasının eleyhine çıxış edib. Avropa Birliyinin geleceyinden danışan Jiskar d'Estyen Türkiyenin teşkilata daxil olmasının onun sonuna getirib çıxaracağını söylemişdir.

Fransanın “Le Mond” qezetine müsahibede Valeri Jiskar d'Estyen Avropa Bilriyinde Türkiyeye yer olmadığını söylemişdir. Onun dediyine göre, Türkiyenin paytaxtı ve onun ehalisinin 95 faizi Avropa deyil, Asiyadadır. Şuranın sedri Avropa Birliyinin gelecek inkişaf perspektivlerinden danışaraq demişdir ki, Türkiyenin teşkilata üzv olması “Avropa Birliyinin sonu” demekdir. Lakin Brüsselde Avropa Birliyinin icraedici orqanı olan Avropa Komissiyasının metbuat katibi bununla razılaşmadığını bildirmişdir. Onun dediyine göre, Türkiyenin üzvlüyü Avropa Birliyinin sonu demek deyil ve Türkiye teşkilata üzv olmaq üçün namizeddir. Avropa Komissiyası habele bildirir ki, Türkiyede Avropa standartlarına cavab vermek istiqametinde tereqqi müşahide olunur. Bununla bele, Türkiyenin üzvlükle bağlı erizesine hele baxılmışr. Keçen ay Avropa Birliyi üzvlük haqda müzakirelerin vaxtını te’yin etmekden imtina etmişdir. Avropa Birliyi Türkiyeni ölüm cezasının tetbiqi ve ölkede kürd azlığının teqib olunmasına göre tenqid edirdi. Buna göre de Türkiyenin hakimiyyetden getmekde olan hökumeti ölüm cezasının leğvi ve kürdlerin hüquqlarının te’min olunması da daxil olmaqla, bir sıra mübahiseli islahatlar heyata keçirdi. Türkiyede hakimiyyete gelecek yeni hökumetin dekabr ayında növbeti zirve görüşünde üzvlük meselesile bağlı danışıqların vaxtının müeyyen edilmesi üçün Avropa Birliyine tezyiq göstereceyi gözlenilir. Türkiyede son seçkilerde qelebe çalmış Edalet ve İnkişaf partiyasının lideri Recep Tayyib Erdoğan Ankarada Jiskar d'Estyenin beyanatını şerh ederek onu ehemiyyetsiz adlandırmışdır.

XS
SM
MD
LG