Accessibility links

İraq parlamenti BMT-nin qətnaməsini rədd edib - 2002-11-12


250 yerli İraq parlamenti Təhlükəsizlik Şurasının İraqın tərkisilahı barədə qərarını yekdilliklə rədd edərək, qətnaməni Birləşmiş Ştatların İraqa hücum üçün bəhanə adlnadırıb. Səsvermədən əvvəl Səddam Hüseynin oğlu Uday parlamentə məktub göndərərək qətnamənin bəzi məhdudiyyətlərlə qəbul edilməsinə çağırmışdı. Lakin məhdudiyyətlər deyildikdə, nə nəzərdə tutulduğu ağıqlanmamışdır. Misirdə dərc olunan bir neçə qəzetə şərhlər yazan Fəhim Hoveidinin fikrinə görə Səddam Hüseynin oğlu atasının eyni mövgedə olduğundan əmin olmasaydı, parlamentə belə bir məktub göndərməzdi. Parlamentin qərarı müəyyənedici xarakder daşımır. Bu qərar prezidentin başçılıq etdiyi İnqilabi Şuraya tövsiyyə mahiyyətindədir. Son qərarın Səddam Hüseynin qəbul edəcəyinə heç kim şübhə etmir. Beyrutdakı Amerika universitetinin professoru cənab Barudi deyir ki, bununla İraq xalqın BMT-nin qərarından narazı olduğunu nümayiş etdirmək istəyir. Rəhbərlik də narazıdır ancaq müharibənin qarşısını almaq istəyir. Bununla rəhbərlik qətnamənin qəbul edəcəyini, ancaq ölkədə bunun əlqyhinə olanlar olduğunu göstərmək istəyir. Cənab Barudi söyləyir ki, bu isə o demək deyil ki, rejim daxilində bu barədə mübahisə gedir. Digər tərəfdən Ərəb Ligasındakı mənbələr “Amerikanın Səsi”nə bildiriblər ki, İraq BMT-nin qətnaməsini qəbul edəcəyinə və’d verib. ABŞ və Britaniyanın rəsmi nümayəndələri İraq qətnaməni rədd etsə və ya onun şərtlərini pozsa hücumla üzləşməli olacaq. İraqın son qərarı üçün cümə gününə qədər möhləti var.

XS
SM
MD
LG