Accessibility links

Pakistanda nümayişçiler Amerika bayarağını yandırıblar - 2002-11-14


Pakistanda bir neçə yüz adam Amerika Birləşmiş Ştatlarında Pakistan vətəndaşının bu günə tə’yin edilmiş e’damı əleyhinə nümayişlər keçirmişdir. Pakistanlı Aymal Kasi 1993-cü ildə Vaşinqton yaxınlığında Mərkəzi kəşfiyyat agentliyinin iki işçisini qətlə yetirdiyinə görə e’dam cəzasına məhkum edilmişdir. Pakistanda keçirilmiş nümayişlərdə Amerika hökumətinin e’dam cəzasına yenidən baxmalı olduğunu çağırışları edilmişdir. Məhkum olunmuş Mir Aymal Kasinin doğma şəhəri olan Kvettada 300 nəfər nümayişçi küçələrə çıxmışdır. Onlar Amerika əleyhinə şüarlar bağırır, ölüm cəzasını qınayırlar. Çoxu Aymal Kasinin Pakistanın cənub-qərb regiondakı tayfasından olan nümayişçilər Amerika bayrağını yandırırlar.

Aymal Kasinin doğma şəhəri Kvettadan hüquqşünas Mir Auranqzeb deyir ki, Amerika hökuməti ölüm cəzasını yenidən nəzərdən keçirməlidir.

Ümumilikdə, adamlar Amerika hökumətindən narazıdırlar. Onlar burada hesab edirlər ki, Aymal Kasi e’dam edilməyib əvf edilsə, ya da e’dam cəzası ömürlük həbs cəzası ilə əvəz edilsə bu, çox yaxşı bir hərəkət olardı. O zaman adamlar arasında Amerika hökuməti və Amerikalılar haqqında yaxşı fikir yaranmış olardı.” Multan şəhərində təxminən 100 adam nümayiş təşkil etmişdir. Nümayişin təşkilatçılarından biri, həkim Cavid Siddiqi Birləşmiş Ştatlarda Aymal Kasinin məhkməsinin ədalətli keçmədiyini söyləyir.

Bizim tələbimiz ondan ibarətdir ki, Amerika bu ölüm cəzasını yerinə yetirməməlidir və Aymal Kasi azad və ədalətli məhkəmənin keçirilməsi üçün Pakistana qaytarılmalıdır. Əgər o, müqəssirdirsə, o zaman cəzasını almalıdır, yox, əgər müqəssir deyilsə, azad edilməlidir.”

Mir Zəfərulla Xan Kamal cənubda Bəlucistan vilayətində yaxşı tanınmış bir siyasətçidir. O, hadisələrlə bağlı fikirlərini belə izah edir.

“Düzdür, o mənim vilayətimdəndir, amma hər bir ölkənin öz qanunları var və mən hesab edirəm ki, orada onlar müvafiq şəkildə hərəkət etmişlər. Mən çox təəssüf edirəm, həqitətən də, çox böyük təəssüf hissi keçirirəm, amma qanun qanundur.”

Amerikada qətl törətdikdən sonra Aymal Kasi Pakistana qayıtmışdı. Lakin 1997-ci ildə Birləşmiş Ştatlar və Pakistanın hüquq-mühafizə orqanlarının agentləri onu həbs etmiş və o, məhkəmənin keçirilməsi üçün Birləşmiş Ştatlara göndərilmişdir. Birləşmiş Ştatların Dövlət Departamenti e’dam hökmünün yerinə yetirilməsi ilə Amerika əleyhinə hücumların arta biləcəyi haqda xəbərdarlıq vermişdir. Pakistanın rəsmi nümayəndələri zorakılıqların qarşısını almaq üçün ölkədə Amerikaya məxsus binalar ətrafında təhlükəslizlik tədbirlərinin gücləndirildiyini bildirirlər.

XS
SM
MD
LG