Accessibility links

Iraqa yollanan BMT-nin silahlar üzrə baş müfəttişi Kiprdədir - 2002-11-17


Dörd ildən sonra kütləvi qırğın silahlarının təftişini bərpa etmək məqsədilə İraqa yollanan BMT-nin silahlar üzrə baş müfəttişi bu gün yolustü Kipr adasında dayanıb. BMT-nin baş müfəttişi Hans Bliks və Beynəlxalq Atom Enerji agentliyindən Məhəmməd Əl-Baradi təftiş prosesilə əlaqədar rabitə sistemi və laboratoriyaları quraşdıracaq texniki işçilərlə birlikdə sabah Bağdada yola düşəcəklər. Bu gün keçirdiyi mətbuat konfransında cənab Bliks müfəttişlər qarşısında olduqca böyük bir vəzifənin durduğunu demişdir. BMT-nin rəsmi nümayəndəsi bildirmişdir ki, İraqın müfəttişlərlə əməkdaşlığı, ya da bundan imtina etməsinin nəticələri haqda mə’lumat verdikdən sonra hansı addımlar atılacağını BMT-nin Təhlükəsizlik Şurası həll edəcək.

XS
SM
MD
LG