Accessibility links

Prezident Buş NATO-nun genişlənməsi prosesini alqışlayır - 2002-11-19


Bu həftə Praqada NATO-nun zirvə toplantısında keçmiş sovet blokundan yeddi ölkənin formal olaraq təşkilata qoşulması üçün də’vət alacaqları gözlənilir. Prezident Buş NATO-nun genişlənməsini dəstəkləyərək bunun Avropanın birlik işinə xidmət edəcəyini və yeni demokratik ölkələrin islahatlar yolundan çıxmamasına kömək edəcəyini demişdir.

Litva, Estoniya, Latviya, Rumıniya, Bolqarıstan, Sloveniya və Slovakiya təşkilata üzvlüyə namizədlərdir. Bu gün günorta Praqaya yetişəcək prezident Buşun sabahkı çıxışında NATO-nun genişlənməsini alqışlayacağı gözlənilir. Şənbə günü Vaşinqtona dönməzdən əvvəl isə prezident Buş alyansa qoşulmaq üçün də’vət alacaqları gözlənilən Litva və Rumıniyaya səfər edəcək. Bə’zi müşahidəçilərin fikrincə, prezident hesab edir ki, alyansın genişlənməsinə bu ölkələrin iyirmi birinci əsrin təhlükələrinə tez reaksiya verə bilmələri üçün ehtiyac duyulur. Lakin xarici siyasət məsələləri üzrə ekspertlər arasında NATO-nun genişlənməsi prosesinin oduqca tez baş verdiyi və yeni üzvlərin bu məs’uliyyəti daşımağa hələ hazır olmadıqlarına görə narahatlıq ifadə edənlər var. Keçən ay Vaşinqtonda NATO-nun baş katibi Corc Robertson alyansın gələcəyindən danışaraq təşkilatın genişlənməsinin onun güclənməsinə gətirib çıxaracağını demişdir. Corc Robertson bildirmişdir ki, NATO-nun genişlənməsi onun sözlərilə, “köhnə dünyanın sü’i şəkildə bölünməsinə” son qoyacaq.

XS
SM
MD
LG