Accessibility links

Xeyriyyə vəsaiti terrorçuların əlinə keçə bilərdimi? - 2002-11-24


Buş administrasiyasının rəsmi nümayəndələri sentyabrın 11-i təyyarə qaçıranların 2-nin Səudiyyə Ərəbistanından maddi dəstək aldığını söyləməyin hələ tez olduğunu bildirirlər. Səudiyyə Ərəbistanı və Amerikanın müstəntiqləri Səudiyyə Ərəbistanının Amerikadakı səfirinin xanımının xeyriyəçiliyə ödədiyi məbləğin terrorçulara çatıb-çatmadığı məsələsini araşdırırlar. Səudiyyə Ərəbistanının rəsmi nümayəndələri səfirin xanımının 15 min dollar məbləğində vəsaitin Amerikada yaşayan səudiyyəli bir ailəyə yardım məqsədi ilə göndərdiyini deyirlər.

XS
SM
MD
LG