Accessibility links

ABŞ Dövlət katibi Meksikada ikitərəfli münasibətlərlə bağlı danışıqlar aparır - 2002-11-26


Birləşmiş Ştatların Dövlət katibi Kolin Pauell Meksikada ölkənin rəsmi nümayəndələrilə mühacirət, ticarət və sərhəd məsələləri daxil olmaqla ikitərəfli münasibətlərin geniş aspektlərini müzakirə edir. Dünən paytaxt Mexikoda müxbirlər və iş adamları ilə danışan dövlət katibi mühacirət qanunlarının dəyişməsilə əlaqədar Meksika ilə ilkin razılığın əldə oluna bilməsi ehtimalının az olduğunu söyləmişdir. Kooin Pauell bildirmişdir ki, prezident Buş Meksika ilə mühacirət haqda razılığın əldə olunması məsələsində mövqeyini dəyişməyib, lakin keçən il sentyabrın 11-i hücumlarındaın sonra təhlükəsizlik məsələləri prioritet olaraq qalır.

XS
SM
MD
LG