Accessibility links

İsrailin qüvvəsi Likud partiyasina hücum edənlərin evlərini təxrib edib. - 2002-11-29


İsrailin hərbi qüvvəsi Likud partiyasının idarəsinə hücum edən iki fələstinlinin evini təxrib edib. Özlərini Əl-Aqsa şəhidləri briqadasının üzvü adlandıran bu iki fələstin yaraqlısının dünən Likut partiyasının Beit Şin şəhərindəki idarəsinə hücumu nəticəsində 6 yəhudi həlak olmuş 20-dən çox adam da yaralanmışdır. Əsgərlər əməliyyat vaxtı yaraqlıları öldürmüşlər. Əl-Aqsa şəhidlər briqadası hücumun məsuliyyətini öz üzərinə götürüb. Bu qrup Yasir Ərəfatın başçılıq etdiyi Fəth təşkilatının bir cinahıdır. Fələstin müxtar idarəsi hücumu məhkum edib.

Bu gün nəşr edilən Fələstinlilərin bir ictimai yoxlamasından məlum olub ki , fələstinlilərin çoxu Fələstin təhlükəsizlik qüvvəsinin İsrailə hücum edən yaraqlıların qarşısını alınmasını istəyiblər. Bu dəyişiklik cənab Ərəfatın müavini Məhəmməd Abbasın iki il davam edən zorakılıqları tənqid etdiyi bir vaxta təsadüf edir.

XS
SM
MD
LG