Accessibility links

Yüz minlərlə çeçen qaçqını yersiz qalıb - 2002-12-03


BMT-nin qaçqınlar üzrə agentliyi Rusiya tərəfindən İnquşetiyadakı qaçqın düşərgələrindən çıxarılan yüzlərlə çeçenin yerləşdirməyə çalışır. Agentlik şaxtalı havada çadırlarını tərk etməyə məcbur edilən qaçqınların taleyindən narahatlığını bildirmişdir. Agentliyin bildirdiyinə görə Rusiya Akı-Yurt düşərgəsinin bağlanmasından əvvəl qaçqınların başqa yerə köçürülməsi tələbinə riayət etməmişdir. Rusiyanın səlahiyyətli nümayəndələri ilin axırınadək İnquşetiyadakı 10 qaçqın düşərgəsinin bağlanacağını e’lan etmişlər. Onların bildirdiyinə görə Çeçenistan müharibəsi başa çatmaqdadır, qaçqınlar artıq evlərinə qayıda bilərlər.

XS
SM
MD
LG