Accessibility links

Rusiyanın neft şirkətlərinin iki rəhbər işçisinin valideynləri Gürcüstanda namə’lum silahlı şəxslər tərəfindən girov saxlanırlar - 2002-12-05


Gürcüstanın rəsmi nümayəndələrinin bildirdiyinə görə, Slavneft şirkətinin vitse prezidentinin anası Yelena Tkebuçava silahlı şəxslər tərəfindən keçən ay evindən aparılmışdır. Onun oğurlanması bu gün e’lan edilmişdir. Qeyd edək ki, bazar günü Lukoyl şirkətinin vitse prezidenti Vagit Şərifovun atası Gürcüstanın cənubunda Pankiani kəndində oğurlanmışdır. Sentyabr ayında LUKOYL şirkətinin maliyyə şö’bəsinin müdiri Sergey Kukura işdən evə qayıdarkən oğurlanmışdı. 13 gün saxlandıqdan sonra girovdarlar Kukuranı azad etmişdilər. LUKOYL-un nümayəndələrinin bildirdiyinə görə, Sergey Kukuranı oğurlayanlar onun azad edilməsi üçün 6 milyon dollar məbləğində pul istəmiş, lakin şirkət bu pulu ödəməkdən imtina etmişdir.

XS
SM
MD
LG