Accessibility links

Bombeydə baş verən partlayışda 12 adam həlak olub - 2002-12-06


Bombeyin qatar vağzalında baş verən partlayış 12 adamın yaralanmasına səbəb olmuşdur. Polisin bildirdiyinə görə onlardan 3-ü ağır vəziyyətdədir. Vağzalın MakDonalds yeməkxanasında baş verən partlayışa qaz balonu səbəb ola bilərdi. Hazırda partlayışla bağlı təhqiqat aparılır. Qeyd edək ki, bundan bir həftə əvvəl baş verən avtobus partlayışı zamanı 2 sərnişin həlak olmuşdu. Partlayış Ayodya məsçidinin dağıdılmasının 10-cu ildönümünə təsadüf etmişdi. Polis ölkə boyu dini zəmində yol verilən zorakılıqlarla mübarizə məqsədi ilə təhlükəsizlik tədbirlərini gücləndirmişdir.

XS
SM
MD
LG