Accessibility links

Iraq BMT-yə minlərlə səhifədən ibarət sənəd təqdim edib - 2002-12-07


İraq kütləvi qırğın silahlarına malik olmadığını təsdiq edən 12 min səhifədən ibarət sənəd və kopyuter disklərini Birləşmiş Millətlər təşkilatının rəsmi nümayəndələrinə təqdim edib. İraqın Milli Monitorinq hey’ətinin sədri Hossam Məhəmməd Əmin Bağdadda müxbirlərə deyib ki, sənədin bir nüsxəsi Nyu Yorkda Birləşmiş Millətlər təşkilatı, digəri isə Vyanada Beynəlxalq Atom Enerji agentliyi üçün nəzərdə tutulmuşdur. Onun bildirdiyinə görə, sənəddə İraqın kütləvi qırğın silahlarına malik olmadığı göstərilir. Sənəd sabah, dekabrın 8-i BMT-nin İraq qarşısında qoyduğu son möhlət bitən zaman təşkilata çatdırılacaq.General Əmin bildirmişdir ki, Birləşmiş Ştatlar və Britaniyanın sənədlə qane olacağına şübhə edir. O əlavə etmişdir ki, Amerikanın rəsmi nümayəndələrində “bir az da olsa cəsarət və qorxmazlıq” varsa, Buş administrasiyası sənədi qəbul etməlidir. Bu arada, İraq prezidenti Səddam Hüseyn televiziya ilə çıxışında 12 il bundan əvvəl Küveytin işğalına görə Küveyt xalqından üzr istəmişdir.

XS
SM
MD
LG