Accessibility links

Ermənistan ABŞ-ın Ədliyyə nazirliyinin xüsusi siyahısından çıxarıldı - 2002-12-18


Birləşmiş Ştatların Ədliyyə nazirliyi Ermənistanı vətəndaşları Amerikada xüsusi qeydiyyatdan keçməli olduğu ölkələrin siyahısından çıxarmışdır. Nazirliyin bugünkü mə’lumatında Ermənistanın sentyabrın 11-i terror hücumlarından sonra yaranmış milli təhlükəsizlik proqramı çərçivəsində bu siyahıya səhv olaraq salındığı göstərilmişdir. Ermənistan siyahıya salınmasına öz kəskin e’tirazını bildirmişdir. Siyahıda olan 20 ölkənin vətəndaşlarından Amerikada xüsusi qeydiyyatdan keçilməsi və Birləşmiş Ştatların Mühacirət və Vətəndaşqlıq idarəsinə əlavə mə’lumatların təqdim edilməsi tələb olunur. Birləşmiş Ştatların Ədliyyə nzairliyinin siyahısına aşağıdakı ölkələr daxildir: Əfqanıstan, Əlcəzair, Bəhreyn, Eritreya, İran, İraq, Livan, Liviya, Mərakeş, Şimali Koreya, Oman, Pakistan, Qatar, Səudiyyə Ərəbistanı, Somali, Sudan, Tunis, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən.

XS
SM
MD
LG