Accessibility links

İraqın hərbi təyyarəsi pilotsuz idarə olunan Amerika təyyarəsini vurub salıb - 2002-12-23


İraqın hərbi təyyarəsi ölkənin cənubunda uçuşa yasaq zonaya daxil olaraq kompyuter vasitəsilə idarə olunan Amerika təyyarəsini vurub salıb. Pentaqonun rəsmi nümayəndələri İraqın hərbi obyektlərini aşkar etmək tapşırığını yerinə yetirən təyyarənin dağıldığını bildirmişlər. Körfəz müharibəsi bitəndən sonra İraqın hərbi təyyarələrinə Amerika və Britaniya təyyarələrinin keşik çəkdiyi uşuşa yasaq zonaya daxil olmaq qadağan edilmişdir. Koalisiya təyyarələri İraqın raketlərdən müdafiə qurğuları tərəfindən demək olar ki, hər gün yerdən atəşə tutulurlar, bununla belə, səmada toqquşmalar az-az baş verir.

XS
SM
MD
LG