Accessibility links

Frankfurtda təyyarə qaçıran şəxs həbs edilmişdir - 2003-01-05


Almaniyanın rəsmi nümayəndələri Frankfurtda qaçırılmış kiçik təyyarənin yerə endiyini və təyyarəni qaçıran şəxsin həbs edildiyini bildirirlər. Babenhausen təyyarə meydanından təyyarəni qaçıran şəxs onu Frankfurtda Avropa Mərkəzi Bankının binasına salacağı ilə hədə gəlmişdir. Frankfurt hava limanı ilə əlaqə saxlayan həmin şəxs Almaniyanın N-TV televiziyasına bildirmişdir ki, o, diqqəti 1986-cı ildə Amerikanın “Çallencer” kosmik gəmisinin partlaması nəticəsində həlak olmuş Amerikalı qadın kosmonavt Cudit Resnikin ölümünə cəlb etmək istəyirmiş. Frankfurt hava limanı bir neçə saatlığa bağlanmış, bə’zi hündür binalardan adamlar təxliyyə edilmişlər. İnsident baş verən zaman hərbi təyyarələr səmada keşik çəkmiş, polis şəhərin küçələrinə nəzarət etmişdir.

XS
SM
MD
LG