Accessibility links

Çeçen komandiri Kutsuyev Rusiyanın rəsmi nümayəndələrinə təslim olub - 2003-01-08


Rusiyanın rəsmi nümayəndələri çeçen separatçılarının komandiri Rizvan Kutsuyevin federal orqanlara təslim olduğnu bildirirlər Rusiyanın xəbərlər agentliyi lks-terror əməliyyatları şö’bəsinin qərargahından polkovnik İlya Şabalkinə istinadən xəbər verir ki, Kutsuyev və onun adamları Çeçenistanın şərqində Nojay-Yurt rayonunda təslim olmuşdur. Rusiya hərbi qüvvələrinin nümayəndələri Rizvan Kutsuyevin Çeçen respublikasının daxili işlər naziri, may ayında Moksvada federal qüvvələr tərəfindən qətlə yetirilmiş Aydamir Abalayevin xələfi olduğunu bildirirlər. Rusiya təslim olan yaraqlılar terror aktlarında iştirak etməmişlərsə onların cəzalandırılmayacağına söz vermişdir.

XS
SM
MD
LG