Accessibility links

Ərdogan Türkmənistanla əməkdaşlığı genişləndirməyə çağırır - 2003-01-09


Türkiyənin hakim Ədalət və İnkişaf partiyasının lideri Rəcəb Tayyib Ərdoğan neft və qazla zəngin Türkmənistanla enerji sektorunda əməkdaşlığın artırılmasına çağırıb. Cənab Ərdoğan bunu bu gün Aşqabadda Türkmənistan prezidenti Saparmurat Niyazovla danışıqlar zamanı bəyan edib. Görüşdə digər məsələlərlə yanaşı, Türkmənistandan Azərbaycan və Gürcüstan ərazisi ilə Türkiyəyə qədər iki min kilometrlik trans-Xəzər qaz kəmərinin müzakirəsi də yer alıb. Hiyazov-Ərdoğan görüşündə iqtisadi əməkdaşlıq da daxil edilməklə, ikitərəfli münasibitlərə xüsusi diqqət verilib. Rəcəp Tayyb Ərdoğan Türkmənistana Azərbaycandan sonra səfər edib. Sabah Qazaxıstana yola düşməzdən əvvəl cənab Ərdoğan Türkmənistan paytaxtındakı məscidi ziyarət edəcək və Türkiyənin inşa etdiyi tekstil fabrikinə gedəcək.

XS
SM
MD
LG