Accessibility links

Rusiyanın rəsmi nümayəndələri Beynəlxalq Atom Enerji agentliyinin direktoru ilə görüşüblər - 2003-01-15


Rusiyanın müdafiə naziri Serqey İvanov Moskvada Beynəlxalq Atom Enerji agentliyinin direktoru Məhəmməd ElBaradeylə görüşüb. Cənab Elbaradey bildirib ki, o, İraqın silah proqramları ilə bağlı böhranın nizamlanmasında Rusiyanın mühüm rol oyanaya biləcəyinə inanır. Cənab İvanov bu gün bir daha təkrar edib ki, Rusiyanın İran körfəsinə öz gəmilərini və əsgərlərini göndərmək planları yoxdur. O qeyd edib ki, Rusiyanın İran körfəzində deyil, Hind okeanında hərb tə’limlər keçirmək planları var. Bu arada, Rusiyanın xarici işlər nazirliyinin bildirdiyinə görə, xarici işlər nazirinin müavini Aleksandr Saltanov İraq rəsmilərilə danışıqlar aparmaq üçün Bağdada səfər edəcək. Nazirliyin bəyanatında deyilir ki, Aleksandr Saltanov İraq probleminin siyasi və diplomatik həlli istiqamətində mümkün sə’yləri müzakirə etməlidir.

XS
SM
MD
LG