Accessibility links

Səfir Kelli: Koreya yarımadası nüvə silahıından azad ərazi olmalıdır - 2003-01-16


Birləşmiş Ştatların xüsusi nümayəndəsi Ceyms Kelli Pxenyanla yaranmış vəziyyətin normallaşmasının “yavaş proses” olacağını söyləyib. Dövlət katibinin müavini Şimali Koreyanın ən sadiq müttəfiqlərindən biri olan Çinin rəsmi nümayəndələrilə danışıqlar aparıb. Asiya məsələləri üzrə yüksək səviyyəli diplomat Çinin rəsmi nümayəndələrilə danışıqların “yaxşı” keçdiyini bildirmiş, lakin detalları açıqlamamışdır.

“ Biz hamımız belə bir son qərar gəldik ki, Koreya yarımadası nüvə silahlarından azad olmalıdır. Bu, Çin, Amerika Birləşmiş Ştatları, Cənubi Koreya, Yaponiya, Rusiya, o cümlədən, bütün beynəlxalq ictimaiyyətin razılaşdırğı bir məsələdir. Buna düzgün yolla nail olduğumuzu uzun proses nəticəsində görə biləcəyik. “

Vaşinqton Pekinin Şimali Koreyanın nüvə silahı istehsal etmək sə’ylərinə son qoymaq üçün təzyiq göstərməsini istəyir. Çin nüvə problemini həll etmək üçün Birləşmiş Ştatlar və Şimali Koreya arasında danışıqlarda vasitəçilik etmək istəyir. Rəsmi nümayəndələr Ceyms Kelli ilə görüşlərində Çinin dialoqu dəstəkləmək mövqeyindən çıxış etdiyini bir daha dilə gətirmişlər. Dövlət katibinin müavini Kellinin səfəri Şimali Koreya ilə yaranmış gərginliyi azaltmaq üçün diplomatik fəallığın artdığı bir dövrə təsadüf edir. Bu həftə Rusiyanın Asiya məsələlələri üzrə eksperti Aleksandr Losyukovun başçılıq etdiyi nümayəndə hey’əti Çinin rəsmi nümayəndələri ilə danışıqladan sonra Pxenyana səfər edəcək.

XS
SM
MD
LG