Accessibility links

İraqda tapılan silah başlıqları əhəmiyyət kəsb etmir - 2003-01-17


BMT-nin baş silah müfəttişi Həns Bliks dünən aşkar edilən boş silah başlıqlarınən o qədər də əhəmiyyətli olmadığını bildirmişdir. Bu gün keçirilən mətbuat konfransında cənab Bliks demişdir ki, yenicə aşkar edilən başlıqlar Buş administarasiyasının İraqa müharibə e’lan etməsinə əsas ola bilməz. Həns Bliks demişdir ki, yaxşısı budur, cənab Buşun özündən soruşasınız. Mən Amerikanın reaksiyasından belə bir qənaətə gəlirəm ki, onlar daha artıq mə’lumat əldə etmək istəyirlər. Beləliklə, mən o qədər də narahat deyiləm. Cənab Bliks demişdir ki, İraqın 12 min səhifəlik hesabatında başlıqlara toxunub-toxunmadığı aydın deyil. İraq hesabatda onların göstərildiyini bildirmiş, silah müfəttişlərinin nümayəndəsi isə hesabatda bu haqda heç bir mə’lumat olmadığını demişdir. Qeyd edək ki, Həns Bliks və Beynəlxalq Atom Enerji Agentliyinin başçısı Məhəmməd Əl Baradei həftə sonu Bağdada gedib, İraq hökumətinin daha artıq əməkdaşlıq göstərməsinə çalışacaqlar. Onların səfəri müfəttişlərin BMT-nin yanvar ayının 27-i Təhlükəszlik Şurasına yoxlanışları haqda ilk hesabatından bir həftə əvvələ təsadüf edir. Həmin mətbuat konfransında iştirak edən Fransa prezidenti Jak Şirak BMT-nin təsdiqi olmadan Fransanın hərbi əməliyyatlarda iştirakını istisna etmişdir. Cənab Şirak müxbirlərə bildirmişdir ki, BMT-nin təhlükəszlik şurası İraqın qətnamələrini pozduğunu sübut etməli və bundan sonra nə edilməli olduğuna qərar verməlidir.

XS
SM
MD
LG