Accessibility links

Britaniyalıların çoxu İraqla müharibənin qaçılmaz olduğunu düşünür - 2003-01-19


Britaniyada nəşr edilmiş ictiami rə’y sorğuları göstərir ki, əhalinin 56 faizi İraqla müharibənin qaçılmaz olduğuna inanır. Sorğunu İ-C-M şirkəti “Nevvs of the VVorld” qəzeti üçün keçirmişdi. Rə’y sorğusunun nəticələrinə görə, Britaniyalıların 75 faizi İraq prezidenti Sədam Hüseynin nüvə, bioloji və kimyəvi silahlar istehsal etdirdiyinə inanır. Rə’y BMT-nin silah müfəttişlərinin boş kimyəvi döyüş başlıqlarını aşkar etməsindən sonra cümə və şənbə günləri telefonla keçirilmişdir. Sorğuda 525 nəfər iştirak etmişdir.

XS
SM
MD
LG