Accessibility links

İraq daha sıx əməkdaşlıq etməyə söz verib - 2003-01-20


BMT-nin silahlar üzrə baş müfəttişləri İraqın rəsmi nümayəndələrinin daha sıx əməkdaşlıq edəcəkləri və’dindən sonra bu gün ölkəni tərk ediblər. BMT-nin baş müfəttişi Hans Bliks və Beynəlxalq Atom Enerji agentliyinin başçısı Məhəmməd ElBaradey bildiriblər ki, İraq müfətitişlərin alimlərin təkbətək dindirilməsinə yardım etmək və BMT-nin Təhlükəsizlik Şurasına əvvəllər haqqında mə’lumat verilməyən silah başlıqlarının axtarışına kömək etməyə söz verib. Ağ Ev bildirir ki, administrasiya İraqın sözdə dedikləri deyil, yalnız gördükləri işlərə əhəmiyyət verir.

XS
SM
MD
LG