Accessibility links

Bakı-Tbilisi-Ceyhan əsas ixrac borusunun çəkilişinə başlanıldı - 2003-01-20


Bakı-Tbilisi-Ceyhan əsas ixrac borusunun çəkilişinin başlaması bu həftənin ən mühüm iqtisadi hadisələrindən biri oldu. Ekspertlər hadisəni Birləşmiş Ştatların Xəzər hövzəsi və Qafqaz regionunda böyük iqtisadi qələbəsi kimi qiymətləndirirlər. Prezident Buşun neft kəmərinin çəkişili münasibətilə Azərbaycan prezidenti Heydər Əliyevə göndərdiyi təbrik məktubunda deylir ki, Bakı-Ceyhan Şərq-Qərb yeni enerji dəhlizinin əsas mərkəzi komponenetidir. Bakı-Ceyhan əsas ixrac borusunun çəkilişinin başlamasından bir gün sonra Birləşmiş Ştatlar prezidentinin Xəzər regionu üzrə xüsusi nümayəndəsi Stiven Mann Bakıda mətbuat konfransı keçirib. Stiven Mann bildirib ki, Birləşmiş Ştatlar bütün Xəzəryanı dövlətlərin neftin nəqlini Bakı-Ceyhan kəməri vasitəsilə həyata keçirməsinə çalışacaqlar. Bu səbəblə o, Qazaxstan neftinin Bakı-Ceyhan xətti ilə nəqlini yaxşı fikir adlandıraraq əlavə edib ki, layihə özünü maliyyə cəhətdən doğrultduğu üçün Qazastan nefti olmadan da Bakı-Ceyhan neft kəməri özü-özlüyündə neftin nəqli üçün çox yaxşı variantdır. Bakı-Ceyhan əsas ixrac borusu layihəsi neftin Xəzər dənizindən Gürcüstan vasitəsilə Türkiyənin Aralıq dənizi sahilinə nəq edilməsini nəzərdə tutur. Kəmərin uzunluğu 1760 kilometrdir. Türkiyə neftin nəqli yolunda ilk daynacaqdır. Buradan Xəzər nefti dünyanın başqa ölkələrinə daşınacaq. Layihənin maliyələşdiriməsində Amerikanın iki böyük şirkəti, Unocal və Delta Hess iştirak edirlər. Bakı-Tbilisi-Ceyhan əsas ixrac borusunun layihəsi BP Oil və Azərbaycan Dövlət Neft şirkətinin təşkil etdiyi beynəlxalq konsorsium tərəfindən idarə olunur. Xəzər dənizində bu gün 10 milyard barrel neftin olduğu müəyyən edilib və burada 230 milyard barrelə qədər təbii ehtiyatların olduğu ehtimal edilir. Hal-hazırda regiondan neftin nəqli məhdud infrastrukturların mövcud olduğu şəraitdə həyata keçirlirsə, əsas ixrac borusunun çəkilişindən sonra 2005-ci ilə qədər gündə 1 milyon barrrel neftin nəql oluna biləcəyi gözlənilir.

XS
SM
MD
LG