Accessibility links

Amerikada yeni müşahidə sistemi işə salınır - 2003-01-22


”Nyu York Taymz” qəzetinin yazdığına görə Buş administrasiyası bu gün amerikalıların bioterrorizmdən müdafiə məqsədi ilə yeni milli ətraf mühit müşahidə sistemini işə salmalıdır. Rəsmi nümayəndələrə istinad edən qəzet yazır ki, həmin bu sistem 24 saat ərzində qara yara, çiçək, və digər öldürücü mikrobların havada mövcudluğu ilə bağlı xəbərdarlıq verəcək. Qəzetdə rəsmi nümayəndələrdən iqtibas gətirilərək deyilir ki, sistem amerikalıları mikrob təhlükəsindən qoruya bilməsə də, tibbi yardımın tə’mini üçün vaxt qazandırmış olacaq.

XS
SM
MD
LG