Accessibility links

İraq əməkdaşlıq etməyə söz verir - 2003-01-28


İraqın baş nazirinin müavini BMT ilə daha geniş əməkdaşlığa söz verib. Lakin o xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar təcavüzə başlasa, İraq buna cavab verəcək. Cənab Tarik Əziz deyib ki, Birləşmiş Ştatlar İraqa hücum etmək məqsədilə Küveytin ərazisindən istifadə etsə, Bağdad Küveytə zərbə endirə bilər. Bu arada, İraq prezidenti Səddam Hüseyn zabitləri ordu sıralarında vətən xainlərinə qarşı ayıq olmağa çağırıb. Bu barədə İraq qəzetləri xəbər verib. İraq prezident ordu rəhbərliyinə bildirirb ki, o və onun komandirləri xəyanətdan qorxmurlar, lakin onlar qoşunlarda potensial satqınlara qarşı ayıqlıq nümayiş etdrməlidirlər. O, satqınlığı kişiliyə yaraşmayan hərəkət kimi qiymətləndirərək bunu insan zəifliyinin zirvəsi adlandırıb.

XS
SM
MD
LG