Accessibility links

Prezident Buş Konqres qarşısında hesabat verməyə hazırlaşır - 2003-01-28


Prezident Buş bu axşam Konqres qarşısında illik hesabat mə’ruzə ilə çıxış etməyə hazırlaşır. Corc Buş çıxışında Birləşmiş Ştatların qarşılaşdığı böyük sınaqlara hazır olmaq üçün amerikalıları birləşməyə çağıracağını bildirib. Ağ Evin nümayəndələrinin bildirdiyinə görə, çıxışın əsas hissəsi İraqın kütləvi qırğın silahlarının yaratdığı təhlükə də daxil olmaqla, beynəlxalq siyasət məsələlərinə həsr olunacaq. Rəsmi nümayəndələr deyirlər ki, prezident Buş müharibənin e’lan ediləcəyəni bəyan etməsə də, tə’cili hərəkət etməyin lazım olduğnu söyləyəcək. Corc Buşun çıxışının qalan hissəsi iqtisadiyyatın stimullaşdırılması kimi, ölkə daxili məsələlər üzərində qurulacaq. Demokratlar partiyasının nümayəndələri istər daxili, istərsə də xarici siyasət məsələlərində cənab Buşa inamın itdiyini söyləyirlər.

XS
SM
MD
LG