Accessibility links

Prezident Buş Kolumbiya gəmisində həlak olanların xatirə mərasimində iştirak etdi - 2003-02-04


Prezident Buş Kolumbiyia kosmik gəmisində həlak olanların xatirə mərasimində iştirak etmək üçün Texasdadır. Prezident Buş, onun xanımı Lora Buş və keçmiş astronavt Neyl Armstronq günortadan bir qədər əvvəl Texasda Conson Kosmik uçuşlar mərkəzinə yetişmişlər. Corc Buş kosmik gəmidə həlak olanların ailə üzvlərilə görüşmüşdür. Bu arada, şatl kosmik gəmisinin qalıqlarını nəzərdən keçirmək üçün müstəqil ekspertlərdən ibarət bir qrup vertolyotla Texas ştataının Nakadoçes şəhərinin ətraflarını ziyarət edib.

XS
SM
MD
LG