Accessibility links

Türkiyə ölkədəki hərbi bazaların yeniləşdirilməsinə razılıq verdi - 2003-02-06


Türkiyə parlamenti Birləşmiş Ştatlarım texniki işçiərinə İraqla mümkün müharibədə istifadə ediləcək hərbi bazalar və limanların təkmilləşdirilməsinə icazə verib. Parlamentdəki bugünkü səsvermə İraqla müharibədə həyata keçiriləcək əməliyyatlardan öncə, Birləşmiş Ştatların hərbi qüvvələrinin ölkədə yerləşdilrməsinə imkan verilməsi istiqmətində ilk addım kimi qiymətləndirilir. Bu arada, bu gün Brüsseldə NATO-nun nümayəndələri Amerikanın müharibə başladığı təqdirdə, Türkiyəyə müdafiə məqsədilə yardım təklifi ilə bağlı müzakirələri gələn həftəyə qədər tə’xirə saldıqlarını bəyan ediblər. NATO-nun baş katibi Corc Robertson deyib ki, alyansın 19 üzvünün təklifə gələn həftə dəstək verəcəyinə əmindir.

XS
SM
MD
LG