Accessibility links

Ramsfild Avropada İraq məsələsini müzakirə edir - 2003-02-07


Birləşmiş Ştatların müdafiə naziri Donald Rumsfild bildirib ki, diplomatiya, iqtisadi sanksiyalar və məhdud hərbi tədbirlər Səddam Hüseynin kütləvi qırğın silahlarını təhvil verməsini tə’min edə bilməyib. O qeyd edib ki, İraqa qarşı mümkün müharibə üçün şərait yaranır. ”Bu məsələnin tə’cili olmasının səbəbi bundan ibarətdir ki, keçən hər həftə və ay onun kimyəvi, bioloji və nüvə silahları proqramları daha da inkişaf edir, ölkənin özünün, ya da onun tə’min edə biləcəyi terror şəbəkəsinin həmin silahlardan istifadə edə bilməsi riski artır.” Cənab Rumsfeld qeyd edib ki, İraqın bu gün malik olduğu silahlar yüz minlərlə günahsız adamın ölümünə səbəb bilər. O, bir sıra ölkələrdə hərbi qüvvədən istifadə edilməsilə bağlı qayğıları başa düşdüyünü söyləmiş, lkain bununla yanaşı demişdir ki, iş görməməyin riksi, görüləcək işin riksindən daha böyükdür. Bu arada, BMT-nin baş silah müfəttişi Hans Blixs İraqın müfəttişlərin bir alimlə təklikdə görüşməsinə icazə verməsini müsbət bir inkişaf adlandırıb. Lakin o qeyd edib ki, İraqın əməkdaşlığına dair əlavə dəlillər görmək istəyir.

XS
SM
MD
LG