Accessibility links

Döş xərçənginin müalicə profilaktiksında son tədqiqatlar - 2003-02-08


Müasir təbabətdə döş xərçənginin müalicə profilaktikasında xəstə qadınların döşünün bütünlüklə kəsilməsi belə görünür, getdikcə daha az tətbiq olunacaq. Birləşmiş Ştatlar və Avropa mütəxəssislərinin apardığı uzun müddətli tədqiqatlar göstərir ki, bütün döşü kəsilmiş qadınlar yalnız xərçəng şişinin kəsilib götürüldüyü qadınlarla müqayisədə daha çox yaşamırlar. Bunu 70-ci illərdən başlayaraq İtaliyada Milan və Amerikada Pitsburq şəhər universtitetlərində 2500 qadın üzərində aparılmış təcrübələrin nəticələri sübuta yetirib. Hələ 80-ci illərdə aparılmış tədqiqatlar göstərmişdi ki, keçən 20-ci əsr boyu döş xənrçəngində ən geniş istifadə olunan mastektomiya, yə’ni şiş olan döşün kəsilib götürülməsi qadınların ömrünün uzanmasına kömək etmir. Bu nəticələr cərrahları əməliyyat zamanı strategiyanı dəyişməyə vadar etdi. Bununla belə, qadınların döşünün kəsilib götürülməsi ya onların öz istəyi, ya da həkimin məsləhətilə həyata keçirilə bilər. Doktor Bernard Fişer Pitsburq universitetində döş xənrçənginin müalicəsi üzrə tədqiqatlara rəhbərlik etmişdir.

“Mastektomiya döş xərçənginin müalicəsində tədricən daha az tətbiq edilməlidir. Mən bunu uzun müddətli təcrübələrə əsasən, qadınların çoxunda yalnız şişin götürülməsinin mümkün olmadığına dair nə bioloji, nə də kliniki sübut görmədiyimi tam qətiyyətlə deyə bilərəm. Həm kosmetik baxımdan götürsək, həm də şiş götürüldükdən sonra onun ətrafında sağlam toxumaların olduğunu nəzərə alsaq, xərçəng toxumlarının qaldığını düşünmək olmaz.”

Doktor Fişerin 20 il ərzində 1800 qadın üzərində apardığı təcrübələr göstərir ki, bütün döşün kəsilməsi, yalnız şişin götürülməsi, ya da şişin götürülməsilə yanaşı, radiasiya qəbul edilməsindən asılı olmayaraq, qadınların üçdə bir faizi sağ qalır. Milan alimlərinin 700 qadın üzərində apardığı təcrübələr isə xəstənin ömrünün davamlılığı haqda bu nəticələri vermişdir. Bütün döşü, ya da yalnız şişi kəsilib götürülən, habelə radiasiya qəbul edən qrupda iyirmi ildən sonra ölən qadınların sayı eyni olmuşdur. Çikaqoda Şimal-qərb universtitetinin xəstəxanasında cərrah Monika Morrounun fikrincə, tədqiqatların nəticələri döüşün tamamilə kəsilib götürülməsinin ən qızığın tərəfdarlarına belə inandırıcı görünə bilər. Doktor Fişer həqiqətən də öz mövqeyində qətiyyətlə durur.

“Bu, mənim 15-20 ildir dediklərimlə üst-üstə düşür. Adamların hamısına döşün saxlanacağı cərrahiyyə əməliyyatları edilməlidir.”

XS
SM
MD
LG