Accessibility links

Oskar mükafatlarına namizədlərin adları açıqlandı - 2003-02-11


Amerika kinosunun ulduzu Meril Stripin adı bu gün kinomatoqrafiya tarixinə yenidən qızıl hərflərlə yazıldı. “Adaptasiya” filmində ifa etdiyi rola görə Meril Strip 13-cü dəfə Amerika Kino Akademiyasının hər il təqdim etdiyi Oskar mükafatına namizəd göstərildi. TAnınmış aktyor Cak Nikolson “Şmidt haqda” filmdə ifa etdiyi dul kişi roluna görə 12-ci dəfə Oskar mükafatına namizəd göstərildi. Ümumiyyktlə isə, aktyor üç dəfə Oskar müakafatı almışdır. İlin ən yaxşı filmi adını almaq uğrunda mübarizə edəcək kino-filmlər siyahısında “Çikaqo” birinci yerdədir. Daha sonra “Nyu Yorkun quldurları” və “Saatlar” filmləri Oskar mükafatını almaq üçün namizəd göstərilmişlər. “Çikaqo” filmində baş rolda çəkilmiş Rene Zilviqer ən yaxşı qadın rolunun ifaçısı kimi namizəd göstəilmişdir. du. Tanınmış aktrisalar Katrin Zita-Cons və Kvin Latifa da namizədlər sırasındadırlar. Oskar mükfatlarının təqdimatı mərasimi mart ayının 23-də olacaq.

XS
SM
MD
LG