Accessibility links

NATO səfirləri Türkiyəyə dəstək verilməsi məsələsini həll edə bilmirlər - 2003-02-11


NATO-ya daxil olan ölkələrin səfirləri Brüsseldə alyansın Türkiyəyə hərbi dəstəyi məsələsilə bağlı yaranmış böhranı müzakirə etmiş, lakin mübahisəni həll edə bilməmişlər. NATO-nun qərarverici orqanı olan Şimali Atlantik Şura 15 dəqiqəlik görüş keçirəndən sonra müzakirələri sabah davam etdirmək barədə qərar verib. Bazar ertəsi Almaniya, Fransa və Belçika Birləşmiş Ştatların İraqla sərhədi olan Türkiyəyə dəstək verilməsilə bağlı hazırlıq işlərinə başlamaq haqda xahişinin qarşısını alıblar. Buna cavab olaraq, Türkiyə NATO-nun xüsüsi toplantısının çağırılmasını tələb edib. Türkiyə Birləşmiş Ştatların İraqa qarşı hərbi əməliyyatlarında əsas platsdarm rolunu oynamalıdır.

XS
SM
MD
LG