Accessibility links

İsrail Qəzza və Qərb sahili ilə həmsərhəd əraziləri bağlayıb - 2003-02-11


Fələstlinlilərin genişmiqyaslı terror hücumları həyata keçirəcəkləri barədə xəbərdarlıq alınmasından sonra İsrail İordan çayının Qərb Sahili və Qəzzə zolağı ilə sərhədlərini bağlayıb. Dünən axşam həyata keçirilən bu tədbirdən sonra Fələstinlilərin ərazidə hərəkət etməsi məhdudlaşdırlır. İsrail bildirib ki, həmin ərazilərlə sərhədlər kəşfiyyatın Fələstin qruplarının 50-yə yaxın hücum planlaşdırdığı haqda verdiyi mə’lumatlara görə bağlanılıb. İsrailin bu addımı Qurban bayramına təsadüf edir. Dünən bu tədbirin həyata keçirilməyə başlanmasından bir neçə saat əvvəl İsrail hərbiçiləri 20 kilogramlıq bomba daşıyan üç Fələstinlini saxlamışdılar. Onların intihar hücumu həyata keçirməyə hazırlaşdığına inanılır. Sərhədlərin həftənin sonuna qədər bağlı qalacağı gözlənilir. İsrail hökuməti gizli polis təşkilatı Şil Betin tövsiyəsini nəzərə alaraq bütün Fələstinlilərin İsrailə daxil olmasını qadağan edib. Hökumətin bu qərarı qurban bayramı münasibətilə məhdudiyyətlərin azaldılması planlarının ləğv edilməsinə səbəb oldu. Bu qərara görə Fələstinlilər bayramda Qüdsün qədim hissəsində yerləşən Əl- Aksa məscidini ziyarət edə bilməyəcəklər. Həmin qərara əsasən, Fələstinlilər İsrailə yalnız xüsusi humanitar məsələlərlə əlaqədar olaraq gedə bilərlər. İordan çayının Qərb sahili və Qəzzə zolağı ilə sərhədlər, ümumiyyətlə, yəhudilərin milli bayram günlərində bağlanır. İsrail ordusu bu qərarı müdafiyə edərək bildirib ki, dəlillər Həmas və islamçı Cihad kimi təşkilatların genişmigyaslı hücumlar həyata keçirməyə hazırlaşdıqlarını göstərir.

XS
SM
MD
LG