Accessibility links

NATO Türkiyəyə dəstəklə bağlı kompromis plan üzərində işləyir - 2003-02-12


NATO ölkələri İraqla mümkün müharibə başladıqda Türkiyəyə hərbi yardım məsələsi ətrafında yaranmış mübahisələri yoluna qoymaq üçün kompromisləri nəzərdən keçirirlər. Təşkilata daxil olan ölkələrin nümayəndələri bu gün alyansın baş katibi general Corc Robertsonun Brüsseldə təklif etdiyi son planı öz dövlət liderərilə müzakirə edirlər. Lakin Parisdə xarici işlər nazirliyinin rəsmi nümayəndələri bəyan ediblər ki, cümə günü BMT-nin Təhlükəsizlik Şurasında İraqla bağlı görüşdən əvvəl onların məsələdə mövqeyində dəyişiklik olmayacaq. Fransa, Almaniya və Belçika bazar ertəsi günü Amerikanın NATO-nun İraqla yeganə həmsərhəd üzvü olan Türkiyəyə yardım planlaşdırmağa başlamaq haqda alyansa etdiyi təklifinə baxılmasına imkan verməmişlər. Bu ölkələrin bildirdiyinə görə, müharibənin qarşısını almaq üçün diplomatik sə’ylərin davam etdirildiyi bir zaman bu planlara başlamaq münasib deyil.

XS
SM
MD
LG