Accessibility links

Tony Blair: Səddam Hüseyn Getməlidir - 2003-02-15


Britaniyanın baş naziri Tony Blair bildirib ki, o İraq böhranının Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi ilə həll edilməsi barədə üzərinə öhdəlik götürüb. O deyib ki, ancaq Britaniya Səddam Hüseynin hakimiyyətdən kənarlaşdırılmasını istəyir. Cənab Blair Əmək Partiyasının konfransında etdiyi çıxışında deyib ki, İraq BMT- müfəttişləri ilə tam əməkdaşlıq etsə onda yoxlamalar davam edəcək. Cümə günü, silah müfəttişləri BMT- Təhlükəsizlik Şurasına bildiriblər ki, İraqın tərksilah olunması üçün hələ də ümid var ancaq bu ölkə BMT ilə tam əməkdaşlıq etməlidir. Birləşmiş Ştatların Dövlət Katibi Colin Powell isə bildirib ki, İraqın BMT- qətnamələrinin şərtlərini yerinə yetirmək üçün bir neçə həftə vaxdı var. O qeyd edib ki, Vaşington İraqa qarşı qücdən istifadə etmək niyyətindədir. Fransa, Çin və Rusiya isə İraqda yoxlamaların davam etməsini istəriylər.

XS
SM
MD
LG