Accessibility links

"Kvartet" Londonda  yığıncaq keçirir - 2003-02-21


“Kvartet” adı ilə tanınan Yaxın Şərq üzrə sülh vasitəçiləri-Birləşmiş Şttalar, Rusiya, BMT və Avropa Birliyi London yğıncaqları zamanı İsrail-Fələstin münaqişəsində tə’cili atəşkəsə çağırmışlar. Kvartet təmsilçiləri Britaniya paytaxtında Yaxın Şərq sülh prosesinin necə deyərlər “yol xəritəsi”nə son əlavələr etmək üçün toplaşmışlar. Amerikanın planında sülhə tədricən yön alınması təklif edilir. Planda bu il müvəqqəti Fələstin dövləti yaradılması, 3 il ərzində isə bu dövlətin daimiləşdirilməsi irəli sürülür. ”Kvartet” sülh vasitəçiləri planın qəbul və tez bir zamanda İsrail və Fələstinlilərə təqdim edilməsi haqda razılıq əldə etmişlər. Vasitəçilər bundan əlavə, Fələstinliləri dövlətçiliyə hazırlıq məqsədi ilə e’tbarlı tə’sisatlar yaradılmasına çağırmış, Yasir Ərafatın baş nazir tə’yin edəcəyi və’dlərini alqışlamışlar. Onlar Fələstinlilərin tezliklə qanunvericilik və icraedicilik sistemlərini yaratmalarının, siyasi islahatlar və konstitusiya hazırlanmalarının vacibliyini də qeyd etmişlər. Qeyd edək ki, nə İsrail, nə də Fələstin tərəfi sülh təklifləri ilə razıdır. İsrail qəzetlərinin birində yazılmışdır ki, hökumət planda Fələstin dövlətinin suverenliyinə məhdudiyyətlər də daxil edilməklə, 100-ə yaxın dəyişiklik edilməsini tələb edəcək. Fələstinlilər isə hesab edirlər ki, belə bir addım münasibətlərin pozulmasına yol açacaq siyasi vakuum yaradıb, plandakı bütün şərtləri aradan qaldıracaq.

XS
SM
MD
LG