Accessibility links

Məhəmməd Baradei İrandadır - 2003-02-22


Beynəlxalq Atom Enerji agentliyinin direktoru Məhəmməd Baradei nüvə enerji sənayesini inkişaf etdirməkdə olan İranla yaxından əməkdaşlıq edəcəyini bildirmişdir. Prezident Məhəmməd Xatəmi ilə Tehran görüşündən sonra cənab Baradei demişdir ki, İranın qeyri-hərbi, iqtisadi və sosial inkişaf məqsədləri ilə nüvə sənayesini genişlətmək haqqı var. O, İranın gələcəkdə inşa etmək istədiyi nüvə obyektləri ilə bağlı agentliyi lazımı mə’lumatla tə’min edəcəyi və’dlərini də alqışlamışdır.

XS
SM
MD
LG