Accessibility links

Kofi Annan: Iraqa qarşı müharibəyə hələ də yol verilməyə bilər - 2003-02-24


BMT-nin baş katibi Kofi Annan inkişaf etməkdə olan ölkələrin Malayzidada keçirilən sammitində Amerikanın başçılığı ilə İraqa qarşı müharibəyə hələ də yol verilməməsi ehtimalının mövcud olduğunu demişdir. Cənab Annan 116 ölkədən olan görüş iştirakçılarına demişdir ki, Bağdada qarşı hər bir hərbi əməliyyat BMT-nin sanksiyası olmadan qanunsuz hesab edilə bilər. BMT-nin baş katibinin bu sözləri iki günlük sammitdə iştirak edən 50 dövlət başçısı, diplomatı və digər hökumət liderləri qarşısında oxunmuşdu. Görüş başa çatmazdan əvvəl BMT-nin təsdiqi olmadan müharibəyə yol verilməməsi və Bağdadın BMT-nin tərkisilah tələbinə tam riayət etməsi çağırışı ilə qətnamə qəbul ediləcəyi gözlənilir.

XS
SM
MD
LG