Accessibility links

Çeçen qruplarına qarşı sanksiyalar irəli sürüldü - 2003-02-28


Buş administarasiyası keçən oktyabr ayı Moskva teatrındakı girov böhranında əli olduğuna inandığı 3 çeçen fraksiyasına qarşı anti-terror sanksiyası irəli sürmüşdür. Xatırladaq ki, girov böhranı 100 artıq adamın ölümü ilə nəticələnmişdi. Birləşmiş Ştatların dövlət katibi Kolin Pouel tərəfindən bu qurumlara qarşı sanksiyaların tətbiqi dünən Amerika hökumətinin rəsmi publikasiyası olan “Federal Recister”də nəşr edilmişdi. Digər məsələlərlə yanaşı Çeçen fraksiyalarının bütün hesablarının dondurulması qərarının yəqin ki, qruplara tə’siri çox olmayacaq. Lakin onların terrorist kimi tanınmasına siyasi əhəmiyyət veriləcək. Amerika vətəndaşlarının xeyriyyəçilik fəaliyyətlərini də yasaqlayan bu maliyyə sanksiyaları sentyabrın 11-i terror aksiyalarından dərhal sonra prezident Buşun fərmanına əsasən qüvvəyə minmişdir.Cəzalar dövlət və Maliyyə Nazirliyi tərəfindən təyin edilmiş və Dövlət Departamenitinin xarici terror təşkilatları siyahısına daxil etdiyi təşkilatlarla müqayisədə daha dar sahəni əhatə edəcək. Amerikanın yüksək səlahiyyətli nümayəndələri çeçen qruplarının siyahısını hələ bir neçə həftə əvvəl hazırlamışdı. Dövlət departamentinin nümayəndəsi Riçard Bouçer demişdir ki, rəsmi açıqlama Rusiyanın səlahiyyətli nümayəndələri ilə məsləhətləşmələrlə yanaşı, bəzi qanunu formallıqlara görə vaxt aparmışdı.”Çeçen şəhidlərinin sabotaj və kəşfiyyat batalyonu”, “Xüsusi tə’yinatlı islam alayı” və Beynəlxalq islam briqadası” adı ilə tanınan çeçen qruplarının hamısının müttəfiq olduqları bildirilir. Qeyd edək ki, Moskva Birləşmiş Ştatlar və digər ölkələri Çeçenistandakı radikal fraksiyalara təzyiq göstərməyə çağırır. Kreml nümayəndəsi Sergey Yastrjembski Amerikanın saksiyalar qərarını alıqışlayaraq, bunu terrorizmə qarşı qlobal mübarizədə “yaxşı əlamət” adlandırmışdır. Amerikanın rəsmi nümayəndələri çeçen qruplarına qarşı bu ölçülərin İraq diplomasiyası ilə əlaqəsi olduğunu inkar edirlər. Qeyd edək ki, Amerika Rusiyanın Səddam Hüseynə qarşı hərbi əməliyyatlara yol verəcək qətnəmə ilə bağlı səsvermədə iştirak etməsi, ya da heç olmasa bitərəf olmasını istəyir.

XS
SM
MD
LG