Accessibility links

Qatar qəzasında 17 adam həlak olub - 2003-03-01


Tayvanın mərkəz bölgəsində yerləşən Əlişan dağlarında baş verən qatar qəzası nəticəsində 17 adamın həlak olduğu, 100-dən artığının yaralandığı bildirilir. 150 sərnişinli qatar körpüdən keçərkən dəmir yolu xəttindən çıxmışdı. Qatarın 4 vaqonundan biri dərəyə düşmüşdür. Qəzanın səbəbi hələ mə’lum deyil. Lakin şahidlərin dediyinə görə qatar olduqca sür’ətlə hərəkət edirmiş. Xəsarət alanlara yardım üçün hadisə yerinə gələn bir vertolyotun qəzaya uğraması vəziyyəti daha da ağırlaşdırmışdı. Vertolyot qəzası ölüm və ya xəsarətə səbəb olmamışdır.

XS
SM
MD
LG