Accessibility links

Russia Türkiyənin addımını alqışlayır - 2003-03-05


Rusiya prezidenti Vladimir Putin Türkiyənin Birləşmiş Ştatlara Türkiyə ərazisindən istifadə etmək icazəsi vermək istəməməsini alqışlamışdır. Kremldə nazirlər kabinetinin üzvləri ilə görüşündə prezident Putin İraqa qarşı mümkün hərbi əməliyyatlar zamanı Türkiyə parlamentinin bu qıraraından razı qaldığını bildirmişdir. Prezident Putin demişdir ki, Türkiyənin başqa bir qərar çıxara biləcəyinə çətin inanırdı. “Mənə elə gəlir ki, keçən həftənin ən mühüm hadisəsi Türkiyə parlamentinin Amerika hərbi qüvvələrinə İraqa qarşı hücum etmək üçün öz hərbi bazalarından istifadə edilməsinin qarşısını almaqla bağlı qərarı çıxarması idi. Bəlkə kimin üçünsə bu, gözlənilməz qərar idi, Rusiya üçün yox. Bizə Türkiyə parlamentinin nəyə əsasən belə qrəar çıxardığı aydındır. Fikrimcə, İraqla bağlı yaranmış beynəlxalq vəziyyəti nəzərə alsaq, islam dünyasında yaranmış vəziyyəti, habelə Türkiyənin daxilində yaranmış siyasi durumu nəzərə alsaq, bu yaxınlarda parlamentdə çoxluq əldə etmiş “Ədalət və İnkişaf”partiyası çətin ki başqa bir qərar çıxara bilərdi.” Bu arada, Rusiyanın xarici işlər nazirinin müavini Yuri Fedotov İspaniya, Britaniya və Birləşmiş Ştatların dəstəklədiyi BMT-nin İraqa qarşı müharibəyə yol açacaq qətnamə layihəsinin əleyhinə çıxış etmişdir. Xarici işlər nazirinin bəyanatı BMT-nin silahlara üzrə b aş müfəttişi Hans Bliksin İraqın təşkilatın tələblərini yerinə yetirməsilə bağlı yeni hesabatı açıqlamasınadna bir gün əvvələ təsadüf edir. İraqa qarşı hərbi əməliyyatların əleyhinə olan Rusiya, Fransa və Almaniya bildirirlər ki, silah müfəttişlərinə İraqda işi başa çatdırmaq üçün daha çox vaxt verilməlidir.

XS
SM
MD
LG